ADU-nun Konfutsi İnstitutu Çin sərgisində iştirak edib

ADU-nun Konfutsi İnstitutu Çin sərgisində iştirak edib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun müəllim və tələbələri Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və məşhur Çin konsaltinq qurumu “Huahe” tərəfindən təşkil olunan İpək Yolu ölkələrinin mallarının sərgisində iştirak ediblər.
Açılış mərasimində tələbələr rəngarəng Çin rəqsləri ilə çıxış ediblər. Konfutsi İnstitutunun pavilyonunda ADU tərəfindən ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafı ilə bağlı fəaliyyətinə həsr olunan Azərbaycan və Çin dillərində çap olunmuş kitablar, Çin dilində dərsliklər təqdim edilib. Sərgiyə gələn qonaqlara Konfutsi İnstitutunda keçirilən mədəni tədbirlər, Çin dili kurslarının işi barədə məlumat verilib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan gənclərində Çin dili və mədəniyyətini öyrənməyə marağın artdığını qeyd edib. R.Abbasov əlavə edib ki, Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çin dilini sınaqdan keçirən rəsmi mərkəzin işi, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi araşdırmalar Azərbaycan-Çin humanitar əməkdaşlığının daha da inkişaf etdirilməsinə yönəlib.

ADU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər