Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan məktəblərarası müsabiqə keçirilib

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan məktəblərarası müsabiqə keçirilib Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ədəbi-bədii qiraət müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə diqqətinin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi və mütaliə, nitq mədəniyyətinin formalaşdırılmasından ibarətdir.
Müsabiqədə paytaxtın Suraxanı rayonu üzrə 84, 85, 87, 89, 140, 208, 232 nömrəli məktəblərin şagirdləri qalibiyyət uğrunda mübarizə aparıb.
Müsabiqə 3 nominasiya - şeir, hekayə və qəzəl nominasiyaları üzrə keçirilib. Müsabiqə zamanı məktəblilər Azərbaycanın klassik şair və yazıçılarının əsərlərindən nümunələr təqdim ediblər.
Müsabiqənin nəticələrinə görə, şeir nominasiyası üzrə Fatimə Babazadə (208 nömrəli məktəb) I, Narıngül İbiyeva (140 nömrəli məktəb) II, Elza Qurbanova (85 nömrəli məktəb) III yerlərə layiq görülüb.
Hekayə nominasiyası üzrə Xanım Məcidova (140 nömrəli məktəb) I, Aydan Əbdülməmmədova (208 nömrəli məktəb) II, Əli Qiyasov (85 nömrəli məktəb) III yerlərin sahibi olub.
Qəzəl nominasiyası üzrə Rəhilə Məmmədova (140 nömrəli məktəb) I, Gülnarə Rüstəmova (89 nömrəli məktəb) II, Şamil Həsənov (85 nömrəli məktəb) III yerləri qazanıb.
Ümumi hesabda bütün nominasiyalar üzrə üstünlük əldə etmiş 140 nömrəli tam orta məktəbin komandası I yeri tutaraq Fəxri kuboka sahib olub.
Müsabiqədə müvəffəqiyyət qazanmış şagirdlərə I, II, III dərəcəli diplomlar, digər iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim olunub.

Hikmət Əliyev


Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan məktəblərarası müsabiqə keçirilib

Oxşar xəbərlər