Dillər Universitetinin Konfutsi İnstitutu elektron layihə hazırlayıb

Dillər Universitetinin Konfutsi İnstitutu elektron layihə hazırlayıb Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycan-Çin arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümünə həsr olunmuş "Bir kəmər, bir yol"- Azərbaycan və Çin dostluq və əməkdaşlığının parlaq davamıdır” adlı elektron layihə hazırlayıb (https://adu.edu.az/az/xeberler/xeberler/208.html).
Layihənin informasiya bazasında Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəlli əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf istiqamətlərində fəaliyyətini əks etdirən elektron kitablar təqdim olunub. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, institutda Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması, eləcə də Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə və Prezident İlham Əliyevin çoxtərəfli Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş elmi-tələbə seminarları keçirilir.
Rafiq Abbasov həmçinin qeyd edib ki, ADU-nun Konfutsi İnstitutunun tərəfdaşı olan Çinin Xuçjou Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfransın seksiya iclası keçirilmişdir. R. Abbasov elektron məlumat bazasının istifadəçilər üçün olduqca böyük əhəmiyyət kəsb edəcəyinə, geniş istifadəçi kütləsinin Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqaməti ilə bağlı müxtəlif vəsaitlərlə yaxından tanış olmasına, bu resurslardan rahat istifadə etməsinə imkan yaradacağına əminliyini vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər