Koronavirus pendemiyası səbəbindən Tovuzda ailə vəziyyəti çətinləşən 1400-dən çox ailəmizə dəstək olan başda ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla Heydər Əliyev Fonduna və “Regional İnkişaf” İctimai Birliyinə (RİİB) dərin təşəkkürümü bildirirəm.
Bunu Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, Heydər Əliyev Fondu koronavirus pandemiyası səbəbindən artıq 200 mindən çox çətin vəziyyətdə olan ailəyə dəstək olub və onlar bu fəaliyyətləri ilə bütün cəmiyyətimiz, hər birimiz üçün gözəl bir xeyirxahlıq örnəyi missiyasını həyata keçirirlər:
"Onların bu fəaliyyəti imkanı çatan hər bir insanımız üçün gözəl bir örnəkdir ki, belə anlarda hamımız daha da çox çətin durumda olan insanlarımızın yanında olmalıyıq. Bu duyğularla çətin vəziyyətə düşən insanlarımıza dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Cənab Prezidentimizin də vurğuladığı kimi - “Biz birlikdə güclüyük”. Koronavirus pandemiyası dövründə dövlət-xalq birliyi cənab Prezidentimizin rəhbərliyi altında xalqımızın birliyinin daha da güclənməsi, koronavirusa qarşı mübarizə istiqamətində Azərbaycanın dövlətinin atdığı addımlar digər ölkələrdə tanınmış şəxslər, media nümayəndələri, bir sıra KİV tərəfindən də xüsusi vurğulanır. İnşallah, dövlətimizin ətrafında birliyimizi daha da gücləndirərək dünyada böyük böhranlara səbəb olan bu pandemiyaya qarşı mübarizədə bu çətin sınaqdan çıxacağımıza inanırıq.
Heydər Əliyev Fondunun rəhbərliyinə və RİİB-ə bu nəcib və xeyirxah işlərə görə öz adımdan, eləcə də seçicilərim adından dərin təşəkkürümü vurğulamağı özümə mənəvi borc bildim. Çünki hər bir xeyirxah işin qeyd edilməsi insanlarda bu duyğuların daha da güclənməsinə, həmrəyliyimizin daha da möhkəmlənməsinə böyük stimuldur".
Tehsil-press.az