Avropa ölkələrində uşaqlar arasında yayılmış damar iltihabı ilə müşayiət olunan yeni xəstəliklə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hərəkətə keçib.
Koronavirusla əlaqəsi olduğu ehtimal edilən xəstəlik daha çox Böyük Britaniya, İtaliya, İspaniya, Fransa və İsveçrədə rastlanıb. Artıq ABŞ-da da xəstəliyə yoluxan uşaqların olduğu bildirilir. Hazırda 100-dək uşaqda yeni xəstəlik qeydə alınıb. Onlar ürək, qan damarları və digər orqanlarda problemlər yaradan Kavasaki xəstəliyinin əlamətləri ilə xəstəxanalara yerləşdiriliblər. Onlarda həzm sisteminin pozulması, yüksək hərarət səbəbindən toksik şok əlamətləri də aşkar olunub. Qeyd edilir ki, uşaqların əksəriyyətində daha əvvəl koronavirus aşkarlanıb.
ÜST müalicə metodunu tapmaq üçün xəstəliklə bağlı bütün məlumatları toplamağa başlayıb.
Tehsil-press.az