43 minə yaxın insan koronavirusdan ölüb - İlk yerdə İtaliyadır

43 minə yaxın insan koronavirusdan ölüb - İlk yerdə İtaliyadır Dünya üzrə koronavirusa yoluxan insanların sayı 859,295-ə çatıb, onlardan 42,326-sı xəstəlik səbəbindən həyatını itirib.
Çinin Uhan şəhərində ortaya çıxan və hazırda 203 ölkədə qeydə alınan COVİD-19 pandemiyasının hazırki episentrləri Avropa və ABŞ olaraq bilinir.
Bu günə qədər 178,131 pasient xəstəlikdən sağalıb. Aktiv pasientlərin sayı isə 638,838 nəfər təşkil edir.
Yoluxma sayına görə ilk beşlikdə olan ölkələr: ABŞ (188,578), İtaliya (105,792), İspaniya (95,923), Çin (81,518), Almaniya (71,808).
Ölüm hallarının sayına görə ilk beşlikdə olan ölkələr: İtaliya (12,428), İspaniya (8,464), ABŞ (4,055), Fransa (3,523), Çin (3,305).

Tehsil-press.az

Oxşar xəbərlər