Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən peşəkar ürək cərrahları mütəmadi olaraq uşaqlarda da müxtəlif xarakterli əməliyyatlar keçirirlər. Bu yaxınlarda ATU-da 2 yaşlı qızda “qulaqcıqarası çəpərin defekti” ilə bağlı əməliyyat aparılıb.
ATU-nun ürək-damar şöbəsinin müdiri, ürək-damar cərrahı, uzman həkim Mirəli Məcidov deyir ki, bu, anadangəlmə qüsurlar arasında ən çox rastlanan patologiyalardan biridir: “Bu patologiyaları düzəltmək mümkün olmur. Ona görə də standart protokollara görə, bütün hamilə qadınlarda fetal exo kardioqrafiya aparılır. Bu zaman dölün ürək funksiyası, ürəkdə hər hansı bir patologiyanın olub-olmaması dəqiqləşdirilir”.
Uzman həkim Mirəli Məcidov 4 ildə təxminən 1000-dən çox açıq ürək əməliyyatı aparıb. Onun praktikasında qulaqcıq arası çəpərin defekti olan xəstələr arasında 2 yaşlı bu uşaq ən gənc xəstə olub.
M.Məcidovun sözlərinə görə, bəzi patologiyaların doğuşdan sonra aradan qaldırılması çox çətindir. Bəzən elə hallar olur ki, həkimlərin qərarı ilə dölün inkişafını sonlandırılmasına dair qərar verilir: “Azərbaycanda fetal exokardioqrafiya hələ yeni tətbiq olunur. Türkiyədə, Avropa ölkələrində bu, hamilə qadınların standart yoxlanışına aid edilib. Belə olarkən, döldəki patologiyalar hamiləlik zamanı aşkarlanır və lazımi tədbirlər görülür. Məsələn, hansısa patologiya aşkarlananrsa, bu zaman valideyn də, həkimlər də uşağın xəstəliklə doğulacağına hazır olur, xüsusi həkimlər tapılır, plan-proqram hazırlanır, uşağın doğulan kimi əməliyyatına hazırlıqlar aparılır və s.”
Həkimin sözlərinə görə, bəzən körpə 1 yaşının tamamına kimi onda hansısa xəstəliyin olduğu bilinmir: “Bəzən xəstələrdə təsadüfi müayinə zamanı patologiyalar aşkarlanır. Adətən uşaq düzgün qidalana bilməyəndə, təngənəfəs olanda, böyüməsində problem olduqda, tez-tez tənəffüs yolunun infeksiyası yaşandıqda, valideyn şübhələnib həkimə müraciət edir. Bəzən belə uşaqlar mərkəzdən kənarda, bölgələrdə yaşayır. O uşaqlarda xəstəlik təxminən 6-7 yaşında aşkarlanır. Bəzən hətta 50-60 yaşına qədər bu xəstəliklə yaşayan, amma bundan xəbərsiz olan xəstələr olur. Belə yaşlarda xəstə əməliyyat şansını itirmiş olur. Əgər bu cür patologiyaya vaxtında müdaxilə olunmazsa, xəstədə ürək çatızmazlığı formalaşır. Onu ürək və ağciyər transplantasiyası kimi ağır əməliyyatlar gözləyir. Bu da təbii həm maddi, həm mənəvi yöndən xəstə üçün böyük travmadır”.
Həkim bütün valideynlərə məsləhət görür ki, hər kəs öz uşağını ürəyini exokardioqrafiya etdirsin. Çünki bəzi xəstəliklər simptomsuz keçdiyinə görə, onların vaxtında aşkarlanması çox vacibdir. Belə olanda xəstəliyə vaxtında müdaxilə edib uşağı müalicə etdirmək mümkündür.
ATU-nun Mətbuat Xidməti