Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı Çində son sutka ərzində daha 1 nəfərdə koronavirus aşkarlanıb, 36 pasiyent sağalıb, ölən yoxdur.
Bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, virus Tszilin əyalətində yaşayan 45 yaşlı qadında tapılıb.
Daha 3 nəfər koronavirusa yoluxmaqda şübhəli bilinir. Onların hamısı bu yaxınlarda xaricdən gəlib və hazırda Şanxaydadırlar.
Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 633 nəfər həyatını itirib, 82 886 yoluxma halı qeydə alınıb. Hazırda 260 nəfərin müalicəsi davam etdirilir (onlardan 18-i ağır vəziyyətdədir), 77 993 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər