ÜST dünyada koronavirusla bağlı son vəziyyəti açıqladı

ÜST dünyada koronavirusla bağlı son vəziyyəti açıqladı Dünyada COVID-19 xəstəliyinə yoluxanların sayı 4 milyon 200 mini, bu virusdan ölənlərin sayı isə 294 mini ötüb.
Təşkilatdan bildirilib ki, son sutka ərzində 77 965 nəfərdə koronavirus aşkarlanıb, 6 647 nəfər vəfat edib. Beləliklə, COVID-19-a yoluxanların ümumi sayı 4 248 389-a, ölüm hallarının sayı isə 294 046-ya yüksəlib. Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada qeydə alınıb – 1 819 553.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 koronavirus (COVID -19) infeksiyasını pandemiya elan edib.

Tehsil-press.az

Oxşar xəbərlər