Braziliyada koronavirus qurbanlarının sayı 4,5 mini ötüb, ümumilikdə 66 mindən çox insan virusa yoluxub.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son sutka ərzində 4 613 yeni yoluxma halı qeydə alınıb (ümumilikdə 66 501). Yoluxmaların 50%-ə yaxın hissəsi ölkənin Cənubi-Şərq bölgəsində aşkarlanıb. Orada San-Paulu, Rio-de-Janeyro, Espiritu-Santu və Minas-Jerays ştatları yerləşir.
Ölüm hallarının sayı son sutka ərzində 338 nəfər artıb və 4 543-ə çatıb. Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə ölüm səviyyəsi 6,8% təşkil edir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək bütün dünyada 2,8 milyondan çox yoluxma, 193 mindən çox ölüm halı qeydə alınıb.
Tehsil-press.az