BDU beynəlxalq reytinq siyahısında Azərbaycan ali məktəbləri arasında birinci yerdədir

BDU beynəlxalq reytinq siyahısında Azərbaycan ali məktəbləri arasında birinci yerdədir Beynəlxalq Reytinq Agentliyi RUR (Round University Ranking) 2020-ci il üçün dünya universitetlərinin növbəti reytinq siyahısını açıqlayıb. RUR-un müxtəlif ölkələrdən olan 829 universiteti əhatə edən reytinq siyahısına Azərbaycandan 3 universitet daxil edilib. Siyahıda 702-ci yerdə qərarlaşan Bakı Dövlət Universiteti (BDU) Azərbaycan ali məktəbləri arasında yenə birincidir. Azərbaycan Memarlıq və İnşaat Universiteti 760-cı, Azərbaycan Dövlət İqtisad Universiteti isə 807-ci sırada yer alıb.
Bildirilib ki, beynəlxalq RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40 faiz), tədqiqatın keyfiyyəti (40 faiz), beynəlmilləşmə səviyyəsi (10 faiz) və maliyyə dayanıqlılığı səviyyəsi (10 faiz) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir.
Qeyd edək ki, Bakı Dövlət Universiteti göstərilən nüfuzlu reytinq siyahısına 2013-cü ildən, Azərbaycan Memarlıq və İnşaat Universiteti 2018-ci ildən, Azərbaycan Dövlət İqtisad Universiteti isə 2020-ci ildən daxil edilir.
Beynəlxalq RUR Agentliyinin reytinq siyahısı haqqında ətraflı məlumatı üçün https://roundranking.com/ranking/world-university-rankings.html#World-2020 linki vasitəsilə almaq olar.

Tehsil-press.az

Oxşar xəbərlər