BDU “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub

BDU “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub Bakı Dövlət Universiteti (BDU) “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub.
“QS World University Rankings 2020”nin açıqlamasına görə, Bakı Dövlət Universiteti dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb və ötən ildə olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub.
Universitet reytinqinin tərtib olunmasında akademik göstəricilər, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır.
Qeyd edək ki, Bakı Dövlət Universiteti, eyni zamanda, ötən il “Webometrics”, “Round University Ranking”, “U-Multirank”, “Scimago İnstitutions Ranking” və “QS World University Rankings” agentliyinin Şərqi Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin reytinq agentliklərinin siyahısında da yer tutub.

BDU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər