AzMİU-nun adı 2-ci dəfə beynəlxalq reytinq bazasına daxil edilib

AzMİU-nun adı 2-ci dəfə beynəlxalq reytinq bazasına daxil edilib Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il 2-ci dəfədir ki, “UI Green Metric World University” reytinq bazasına ekoloji cəhətdən dünyanın ən ekoloji universitetlər siyahısına daxil olub. Qeyd etmək lazımdır ki, UI Green Metric reytinqi İndoneziya Universiteti tərəfindən 2010-cu ildən nəşr olunur.
AzMİU dünyanın ən yaxşı 719 universitetlər arasında, 453-cü yerdə qərarlaşıb. Azərbaycan Universitetləri arasında AzMİU ilk universitetdir ki, beynəlxalq Green Metric reytinq sistemində yer alıb. AzMİU ilə yanaşı, Böyük Britaniyanın Oksford Universiteti, Amerika Birləşmiş Ştatlarının Kaliforniya Devis Universiteti və dünyanın bir çox nüfuzlu universitetləri siyahıda qərarlaşıb.
Reytinqin altı əsas meyarları arasında istehlak və enerjiyə qənaət göstəriciləri, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsini qiymətləndirir.
Eyni zamanda Reytinqdə təhsil və elmi fəaliyyət göstəriciləri nəzərə alınır. UI Green Metric World University Ranking ekologiya sahəsində yeganə beynəlxalq reytinqdir və onun məqsədi akademik cəmiyyətin diqqətini cəlb edərək ətraf mühit problemlərinin həllinə kömək etməkdir. Məlumat üçün qeyd edək ki, 2018-ci il UI Green Metric-nin tam nəticələrini bu saytdan əldə edə bilərsiniz:
http://greenmetric.ui.ac.id/overall-ranking-2018/azmiu.edu.az

AzMİU-nun Mətbuat Xidməti


AzMİU-nun adı 2-ci dəfə beynəlxalq reytinq bazasına daxil edilib

Oxşar xəbərlər