İcra Hakimiyyətindən vətəndaşın döyülmə xəbərinə - Reaksiya

İcra Hakimiyyətindən vətəndaşın döyülmə xəbərinə - Reaksiya Sosial şəbəkələrdə Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən döyülməsi ilə bağlı xəbərlər yer alıb. İddiala görə, Verdiyev Arzu döyüldükdən sonra qurumun binasının pəncərəsindən yerə atılıb və o, müxtəlif bədən xəsarəti alıb.
Goranboy Rayon İcra Hakimiyyəti sözügedən iddia ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir:
"13.05.2020-ci il tarixdə Goranboy RİH-də, müəyyən edilmiş qrafikə əsasən keçirilən və çoxsaylı insanın iştirak etdiyi RİH Başçısının qəbulu zamanı, Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu inzibati binanın həyətinə gələrək, özlərinin haqsız tələblərini təmin etmək məqsədi ilə, yəni başqa şəxslərə məxsus, rayonun Aşağı Ballıqaya kənd sakinləri Əskərov Etiram Akif oğlunun, Pirimov Əli İsaq oğlunun və Qızılhacılı qəsəbə sakinləri Hüseynova Aygün Rafiq qızının, Qəhramanov Yunis İslam oğlunun torpaqlarını öz zəbtlərində saxlamaq üçün bu məsələ ilə bağlı daxil olan müraciətlərin RİH tərəfindən araşdırılmasına qəti etiraz ediblər. Onlara “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən daxil olan müraciətlərin araşdırılmasının RİH-nin səlahiyyətinə aid olduğu izah edilib. Lakin, onlar bununla razılaşmamış, qəbulda iştirak edən RİH-nin Başçısının Aparatının məsul işçiləri və digər rəhbər vəzifəli şəxslər haqqında təhqiramiz ifadələr işlətmiş, nalayiq hərəkətlər etmişlər, qəbulun keçirilməsinə maneçilik törətməklə RİH qanuni iş rejimini pozmaga cəhd etmişlər. Məsələ ilə əlaqədar dərhal rayonun hüquq mühafizə orqanlarına məlumat verilmiş və hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Məlumat üçün bildiririk ki, Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu dəfələrlə sosial şəbəkələrdə yerləşdirdikləri video çəkilişlərdə Qızılhacılı bələdiyyəsinin torpaq sahələrindən istifadədə qanunsuzluqlara yol verildiyini bildiriblər. Qeyd edirik ki, 2019-cu və 2020-ci ilin ötən dövrü ərzində, müxtəlif məsələrlə bağlı həmin vətəndaşların RİH-nə daxil olmuş 10 sayda müraciətlərinə baxılıb və hər birinə qanunamüvafiq qaydada müfəssəl cavab verilib.
Hər iki vətəndaş 04 may 2020-ci il tarixdə RİH-nin inzibati binasında İcra başçısı və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri tərəfindən qəbul edilib, müraciətləri ilə bağlı onlara bir daha qanunamüvafiq izahat verilib, məsələnin aidiyyəti dövlət orqanları tərəfindən yerində araşdırılacağı bildiriib. Onların müraciətinin təkrar qaydada araşdırılması üçün RİH tərəfindən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 05 may 2020-ci il tarixdə 127 nömrəli, ƏMDK yanında Torpaqların Dövlət idarəetməsinin təşkil üzrə Dövlət Agentliyinə 05 may 2020-ci il tarixli 128 nömrəli məktubla müraciət olunub.
Qızılhacılı qəsəbə sakinlərinin RİH-ə daxil olmuş müraciətləri əsasında RİH tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Arzu Verdiyev qəsəbə sakini Qəhrəmanov Yunis İslam oğlunun icarəsində olan torpaq sahəsinin 5,0 hektarını, onu təhdid edərək əlindən alıb və həmin sahədə arpa əkib, digər qəsəbə sakini Pirimov Əli İsa oğlunun icarəsindəki Dövlət Ehtiyat Fonduna aid olan örüş sahəsinin daxilində qanunsuz arxlar çəkib, həmin sahənin bir hissəsini isə şumlayaraq pambıq əkin. Bundan başqa sahibkar Hüseynova Aygün Rafiq qızının istifadəsindəki torpaq sahəsindən onun məcburi çıxmasını tələb edib və əhalinin pay torpaqlarına gedən yolu, həmçinin ərazidə mövcud olan hərbi məqsədli ehtiyat yolu zəbt edərək əkib. Arzu Verdiyevin bu qanunsuz hərəkətləri barədə vətəndaşlar tərəfindən RİH-ə daxil olmuş müraciətlər əsasında aidiyyətı üzrə Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır".

Tehsil-press.az

Oxşar xəbərlər