Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Tehsil-press.az-ın məlumatına görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri və 200-dən artıq qəsəbə sakinləri iştirak etmişlər.
Görüş qəsəbədə yeni salınmış istirahət parkında keçirildi. Rayon İcra hakimiyyətinin başçısı parka toplanmış insanlarla söhbət etdi, onları narahat edən problemləri dinlədi, qəsəbədə görülmüş işlər və gələcəkdə görüləcək işlər haqqında danışdı.
Qəsəbə sakinləri adından çıxış edən Ulduz Əhmədova ölkə başçısı, cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Qeyd etdi ki, məhz son 5 ildə qəsəbədə böyük işlər görülmüşdür. Belə ki, 40 ilə yaxın idi ki, bu qəsəbədə su yox idi. Məhz son illər qəsəbəyə su çəkildi. Bundan əlavə qəsəbədə yeni uşaq bağçası açıldı, əhalinin istifadəsinə yeni poliklinika verildi.
Qəbula gələn qəsəbə sakinlərindən 10 nəfəri fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinlərini narahat edən problemlər əsasən yollara yeni asfalt örtüyünün salınması, xeyir-şər evinin inşası, qəsəbədə küçə işıqlarının quraşdırılması, qəsəbədə idman meydançasının salınması, yeni iş yerlərinin açılmasıdır. Qəsəbə sakinlərini narahat edən problemləri dinlənildikdən sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar .
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Prezidentin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" haqqında bir daha ətraflı məlumat verərək, rayon sakinlərinə yaxın vaxtlarda görüləcək işlər barəsində də danışmışdır.
Tehsil-press.az