"Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçısı Gülsənəm Ağayeva rapid üzrə qızlar və oğlanlar arasında keçirilən onlayn Avropa çempionatında yüksək nəticə əldə edib.
53 ölkədən 1600-dək şahmatçının qatıldığı çempionatın A qrupunda (reytinqi 1400-ə qədər olan şahmatçılar arasında) mübarizə aparan 14 yaşlı Gülsənəm Ağayeva 7,5 xalla qızlar arasında qalib gəlib, ümumi iştirakçılar arasında isə ikinci yeri tutub. Göstərdiyi nəticəyə əsasən, Gülsənəm Ağayeva 2021-ci ildə İtaliyanın Olbia şəhərində keçiriləcək Avropa birinciliyinə vəsiqə qazanıb.
Qeyd edək ki, Gülsənəm Ağayeva cari ildə 14 yaşlı qızlar arasında İranın Rəşt şəhərində keçirilən beynəlxalq turnirin, Ağcabədi rayonunda yeniyetmə şahmatçılar arasında keçirilən ölkə birinciliyinin seçmə yarışlarının qalibi, “Təhsil” RİM-in blits üzrə onlayn respublika birinciliyinin ikincisi olub.
Tehsil-press.az