Azərbaycan şahmatçıları Avropa çempionatında uğurla çıxış ediblər

Azərbaycan şahmatçıları Avropa çempionatında uğurla çıxış ediblər Slovakiyada yeniyetmələrin və gənclərin şahmat üzrə Avropa çempionatı başa çatıb.
Gənc şahmatçılarımız qitə çempionatında yüksək nəticə göstəriblər.
Çempionatda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan şahmatçılarımız komanda hesabında Rusiyadan sonra ikinci olublar.
Səkkiz yaşlı qızların turnirində Dinarə Hüseynova və 14 yaşlı qızların yarışında Ayan Allaverdiyeva Avropa çempionatının qızıl medalını qazanıblar. Ayan keçən il də bu yaşda Avropa çempionu olub.
Səkkiz yaşlı qızların yarışında digər təmsilçimiz Səadət Bəşirli gümüş medal qazanıb.
Digər iki şahmatçımız - Yusif Kərimli (8 yaşlı oğlanların yarışında) və 8 yaşlıların son Avropa çempionu Cahandar Azadəliyev (10 yaşlı oğlanlar arasında) isə yarışı üçüncü pillədə başa vurublar.

Tehsil-press.az

Oxşar xəbərlər