Yəmən beynəlxalq topluma ciddi çağırış edib.
Hökumət Hudeydənin şimalındakı Ras İsa limanında lövbər salan “Safir” neft tankerinin bərpası üçün hərəkətə keçməyin vacibliyini dilə gətirib.
Yəmənin Kommunikasiya naziri Muəmmər əl-İryani tvitterdəki paylaşımında tankerin 1 milyon bareldən çox neft daşıdığını, yaranacaq hər hansı sızma və partlayış hadisəsi nəticəsində dünya tarixinin ən böyük ekoloji fəlakətinin meydana gələcəyini bildirib.
Tankerə aid 2 foto paylaşan nazir bu fotoların meydana gələn eroziyanı ortaya qoyduğunu qeyd edib.
Qeyd edək ki, sözügedən gəmi 5 ildir ki, Qırmızı dənizdə lövbər salıb.
Tehsil-press.az