BƏƏ Energetika naziri dünya neft bazarı haqqında danışdı

BƏƏ Energetika naziri dünya neft bazarı haqqında danışdı OPEK-in prezidenti və Birləşmiş Ərəb Əmirliklərinin Energetika və Sənaye naziri Suheil əl-Mazrui bazar ertəsi bildirdi ki, dünya neft bazarı getdikcə balansına yaxınlaşır.
Onun sözlərinə görə, bu məsələ iyunun 22-də Vyanada keçiriləcək OPEK-in növbəti toplantısının əsas müzakirə mövzusu olacaq.
"2017-ci ildən etibarən neft ehtiyyatlarının səviyyəsi xeyli dərəcədə azalıb və neft bazarı daha da tarazlığa yaxınlaşır", - nazir deyib.
Eyni zamanda, o qeyd edib ki, təşkilat "bəzi idxalçı ölkələrin və istehlakçıların dünya bazarında mümkün neft defisiti ilə bağlı narahatlıqlarını nəzərə almalıdır".

Tehsil-press.az

Oxşar xəbərlər