BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi 28 may - Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb

BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi  28 may - Respublika Günü münasibətilə  ədəbi-musiqili kompozisiya hazırlayıb Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi 28 May - Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb.
Mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan kompozisiyada mərkəzin solistləri Rəqsanə Əsədova və Aslan Əzimzadənin ifasında “İstiqlaliyyət” mahnısı və Universitetin əməkdaşı Nigar Qayyumun ifasında Bəxtiyar Vahabzadənin "Vətən marşı” şeiri səsləndirilb.
Ədəbi-musiqili kompozisiya BDU TV-nin texniki dəstəyi ilə hazırlanıb.

Tehsil-press.az


Oxşar xəbərlər