Azərbaycan Universitetində dahi bəstəkar Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib. Gənc İstedadlar Birliyi tərəfindən hazırlanmış tədbirdə dahi bəstəkarın romansları, əsərlərindən parçalar və rəqslər ifa edilib.
Tədbiri Azərbaycan dili ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova açaraq Üzeyir Hacıbəyovun irsi, Azərbaycan musiqisindəki yeri və rolu haqqında danışıb. Kafedra müdiri qeyd edib ki, dahi bəstəkarın yaradıcılığında milli məzmun bəşəri formalar birgə yer alır. Lakin onu dünya şöhrətli Şopen, Mozart kimi bəstəkarlardan ayıran bir özəllik var. Bu, Hacıbəyov musiqisinin Azərbaycanı əks etdirməsidir.
Daha sonra tələbələr Vəfa Axundova (İngilis dili -Tərcümə, IV kurs), Sarvan Əliyev (Filologiya, II kurs), Fəranə Mikayılova (Filologiya, II kurs), Tosif Cavidli (Sosial iş, IV kurs), Aygül Quliyeva (Filoloya, IV kurs), Fərid Şabanzadənin (Dövlət və bələdiyyə idarəetməsi, IV kurs) ifasında dahi bəsətkarın “Sənsiz”, “Sevgili canan” romansları, “Arşın Mal Alan” və “O olmasın bu olsun” musiqili komediyalarından parçalar və rəqslər ifa olunub.
Tədbiri universitetin rektoru Səadət Əliyeva da izləyib. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsində Azərbaycanın dahi şəxsiyyətlərinin anılmasının təqdirəlayiq olduğunu vurğulayıb və gənc istedadlara uğurlar arzulayıb.
Tələbələr ədəbi – musiqili tədbirə Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Əminə İbrahimlinin rəhbərliyində hazırlaşıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi