Peşə Təhsil Mərkəzi “Günəşə doğru” ədəbi-bədii kompozisiyası təqdim edib

Peşə Təhsil Mərkəzi “Günəşə doğru” ədəbi-bədii kompozisiyası təqdim edib Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Günəşə doğru” ədəbi-bədii kompozisiyası təqdim edilib.
Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Amil Əlili, deputatlar, peşə təhsil mərkəzlərinin direktorları və incəsənət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin zərgər, kostyum ustası və dərzi, interyer və eksteryerin bədii tərtibatçısı qruplarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Daha sonra ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiyanın ssenari müəllifi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Həmid Kazımzadə, rejissoru Elşad Rəhimzadədir. Qrim, kostyum, dekorasiya və səs operatoru işləri isə mərkəzinin istehsalat təlim ustaları və tələbələrinə aiddir.

Tehsil-press.az

Oxşar xəbərlər