Mədəniyyət və İncəsənət Universitetində ədəbi-bədii kompozisiya: 20 Yanvar - qürur günümüz

Mədəniyyət və İncəsənət Universitetində ədəbi-bədii kompozisiya: 20 Yanvar - qürur günümüz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə “20 Yanvar - qürur günümüz” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Ədəbi-bədii kompozisiya Əməkdar artistlər Ağalar Bayramov, Azad Şükürov, Yaqut Abdullayeva, Teatr sənəti fakültəsinin tələbləri Ələkbər Axundov, Röyal Allahverdiyev, Rəfael Quliyev, Aysel Feyziyeva, Mehin Məmmədli, Saleh Cümşüdlü, Çinarə Səmədova, Elsevər Rəhimov, Esmiralda Abdullayeva, Çinarə Qurbanova və Orxan İsrafilovun iştirakı ilə hazırlanıb.
Kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar artist, dosent Mahirə Yaqubovadır.

Tehsil-press.az


Oxşar xəbərlər