28 May Azərbaycan vətəndaşının milli qürur günüdür

28 May Azərbaycan vətəndaşının milli qürur günüdür İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Fatma Çandirova 28 May –Respublika Gününün xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə yazıldığını və hər bir Azərbaycan vətəndaşının milli qürur günü olduğunu qeyd edib.
Yazıçı-publisist Bəxtiyar Qaraca çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışıb.
Tədbirdə mərkəzin tələbələri şeir söyləyib, mahnı və rəqslər ifa ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər