Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi azalıb

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi azalıb 2020-ci ilin aprelində Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 138 243,056 min dollar təşkil edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 29 092,723 min dollar azdır.
2020-ci ilin aprelində Türkiyədən Azərbaycana ixrac 128 440,658 min dollar, Azərbaycandan idxal isə 9 802,398 min dollara bərabər olub.
Statistikaya əsasən, bu ilin yanvar-aprel aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 25 366,873 min dollar artaraq 620 978,166 min dollar təşkil edib.
Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 506 454,907 min dollar, Azərbaycandan idxal isə 114 523,259 min dollara bərabər olub.
Qeyd edək ki, 2020-ci ilin aprelində Türkiyənin xarici ticarət dövriyyəsi 22,523 milyard dollar təşkil edib.
Türkiyənin ixracı 2019-cu ilin apreli ilə müqayisədə 41,4 faiz azalaraq 8,99 milyard dollar, idxalı 25 faiz azalaraq 13,553 milyard dollara bərabər olub.
2020-ci ilin yanvar-aprel aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 120,867 milyard dollar təşkil edib.
Türkiyənin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz azalaraq 51,662 milyard dollar, idxalı 1 faiz artaraq 69,205 milyard dollara bərabər olub.

Tehsil-press.az

Oxşar xəbərlər