2020-ci ilin fevralında Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı 2019-cu ilin fevralı ilə müqayisədə 38 faiz azalıb.
Bunu Tehsil-press.az-a Türkiyənin Meyvə-Tərəvəz İxracatçıları Birliyindən deyiblər.
Məlumata əsasən, ötən ay Türkiyə Azərbaycana 2,667 min ton sitrus meyvəsi ixrac edib.
Bu, Türkiyənin ümumi sitrus ixracının 1 faizini təşkil edir.
Fevral ayında Türkiyədən Azərbaycana ixrac olunan sitrus meyvələrinin ümumi məbləği 830,053 min dollara bərabər olub. Bu, 2019-cu ilin fevralı ilə müqayisədə 45 faiz azdır.
Ötən ay Türkiyə dünya bazarlarına 204,478 milyon dollar məbləğində meyvə və tərəvəz ixrac edib ki, bu da 2019-cu ilin fevralı ilə müqayisədə 23 faiz çoxdur.
Tehsil-press.az