BDU alimləri “HORİZON 2020” üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olublar

BDU alimləri “HORİZON 2020” üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olublar Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsi və Tətbiqi-Riyaziyyat Elmi-tədqiqat İnstitutu əməkdaşlarının tərəfdaş olduğu və “HORİZON 2020” beynəlxalq qrant proqramına xarici həmkarlarla birgə təqdim edilmiş SOMPATY - Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology (Spektral Optimallaşdırma: Riyaziyyatdan fizika və yüksək texnologiyaya) adlı layihə qalib elan olunub.
Almaniyanın İlmenau Texniki Universitetinin (Technische Universitaet İlmenau) koordinatorluğu ilə yerinə yetiriləcək layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Proqramda Almaniya, Çex Respublikası və Ukrayna qurumları iştirakçı, Azərbaycan, Belarus, Qazaxstan və Özbəkistan qurumları isə tərəfdaş qismində iştirak edir. Məqsəd iştirakçı və tərəfdaş ölkələrin ali məktəbləri və elmi tədqiqat mərkəzləri arasında əməkdaş mübadiləsi, müştərək elmi tədqiqatların aparılması və təlimlərin təşkil olunmasıdır.
Qrant layihəsində Azərbaycanı BDU-nun Tətbiqi-Riyaziyyat Elmi-tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev (layihənin Azərbaycan üzrə kordinatoru), Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutunun elmi katibi, dosent Nərgiz Səfərova, Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosenti Elvin Əzizbəyov, Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutunun aparıcı elmi işçisi Nazilə Hacıyeva, Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutunun aparıcı elmi işçisi, dosent Qəmər Məmmədova və Mexanika-riyaziyyat fakültəsinin İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının əməkdaşı Aysel Ramazanova təmsil edirlər.
Layihə 1 aprel 2020-ci il tarixindən 31 mart 2024-cü ilədək davam edəcəkdir. Layihənin büdcəsi 883200 avro, maliyəşmə sxemi isə “Marie Skłodowska-Curie Research and Innovation Staff Exchange”dir (RISE).
Layihə haqqında ətraflı məlumat üçün linkə keçid edə bilərsiz:
https://cordis.europa.eu/project/id/873071.

Tehsil-press.az


Oxşar xəbərlər