AMEA-da bəzi kadr təyinatları olub

AMEA-da bəzi kadr təyinatları olub Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi kadr təyinatları olub.
Fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Axundov AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə tövsiyə olunub. AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva və institutun elmi katibi, fizika üzrə fəlsəfə doktoru Musa Nuriyev növbəti beş il üçün həmin vəzifələrə tövsiyə olunublar.
Elmi şura tövsiyə olunan namizədlərin müvafiq vəzifələri tutmaları, AMEA Riyaziyyat və Mexanika İnstitutunun təklif etdiyi namizədlərin müvafiq şöbə müdiri, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrinə təsdiq olunmaları barədə qərar qəbul edib.

Tehsil-press.az

Oxşar xəbərlər