Riyaziyyat və Mexanika İnstitutunda magistrantlar üçün dərslər distant formada davam etdirilir

Riyaziyyat və Mexanika İnstitutunda magistrantlar üçün dərslər distant formada davam etdirilir AMEA-nın magistratura təhsili həyata keçirilən bütün elmi müəssisələrində olduğu kimi, Riyaziyyat və Mexanika İnstitutunda da martın 29-dan etibarən dərslər distant formada tədris edilir.
İnstitutun magistraturasında 5 ixtisas üzrə birinci kursda təhsil alan 9 tələbəyə “Riyazi analiz”, “Riyazi fizika”, “Optimallaşdırma və optimal idarəetmə”, “Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla təhlili” və “Hesablama diaqnostikası” fənləri üzrə dərslər müvafiq cədvəllərə uyğun olaraq onlayn formada keçirilir. İkinci kursda təhsil alan 3 magistrant isə elmi rəhbərlərinin iştirakı ilə distant elmi-pedaqoji təcrübəni davam etdirirlər.

Tehsil-press.az

Oxşar xəbərlər