İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu

İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu Distant təhsildəki problemləri həll etmək üçün iştirakçılar
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və SUP.VC şirkətinin birgə təşkilatçılığı ilə “EduHack” hakatonu keçiriləcək.
Budəfəki hədəf kütləsi universitet tələbələri, məzunlar, eləcə də təhsil sahəsində çalışanlar olacaq. Yarışmada innovativ düşüncəli, təşəbbüskar, komanda ilə işləməyi bacaran, inkişafa meyilli gənclər iştirak edə bilərlər.
Hakatonda innovativ yollardan istifadə edərək distant təhsildəki çatışmazlıqların aradan qaldırılması üçün iştirakçılar 3 gün ərzində (31 iyul, 1-2 avqust) öz təşəbbüsləri üzərində işləyəcəklər. Bu müddət ərzində təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər.
Mükafat fondu 6000 AZN –dir.
▪️ 1-ci yer 3000 AZN
▪️ 2-ci yer 2000 AZN
▪️ 3-cü yer 1000 AZN
Distant təhsildə qarşılaşdığınız problemlərin aradan qaldırılması məqsədilə öz ideyalarınızı reallaşdırmaq üçün bu fürsəti dəyərləndirin. Hakatona siz də qoşulun.
Qeydiyyat üçün son tarix: 29 iyul
Qeydiyyat
https://www.facebook.com/events/1139001009789487/

Tehsil-press.az

Oxşar xəbərlər