Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Belarus Dövlət İnformatika və Radioelektronika, “MİTSO” Beynəlxalq (Belarus) və Almatı Texnoloji universitetləri ilə birgə videoseminar keçirib. Q.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin təşkil etdiyi videoseminar elektron və distant tədris sahəsində yeniliklərdən istifadəyə həsr olunub.
Videoseminarda elektron təhsilin tətbiqi və istifadəsi, online və distant təhsilin təşkili ilə bağlı iştirakçı universitetlərin təcrübələri bölüşülüb.
UNEC-də tətbiq edilən “Elektron universitet” modelinin, differensial əməkhaqqı sistemi, əlavə təhsildə və əcnəbi vətəndaşların qəbulunda, distant təhsilin təşkilində həyata keçirilən yeniliklər müzakirə olunub.

UNEC-in Mətbuat Xidməti