Dövlət İqtisad Universitetində təhsildəki müasir meyillər müzakirə olunub

Dövlət İqtisad Universitetində təhsildəki müasir meyillər müzakirə olunub Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Minilliyin layihəsinin Azərbaycan bölməsinin - Azərbaycan Futuroloqlar Cəmiyyətinin (AFC) sədri Reyhan Hüseynova ilə görüş keçirilib.
Görüşdə təhsildə müasir meyillər müzakirə olunub, UNEC-in son illərdə əldə etdiyi nailiyyətlərdən danışılıb.
Xarici dillər kafedrasının müdiri, professor Afət Abbasova UNEC müəllimlərinin tətbiq etdikləri yeni tədris metodikalarından söz açıb. Bildirib ki, bu metodikanın sayəsində mübadilə proqramında iştirak edən tələbələr hər hansı dil baryeri ilə qarşılaşmırlar. A.Abbasova UNEC-in innovativ universitet olduğunu vurğulayıb, kafedranın daima müasir pedaqoji fəaliyyət texnikalarını izlədiyini bildirib.
İqtisad Universitetinin ölkədə dörd dildə təhsil verən yeganə universitet olduğunu vurğulayan R.Hüseynova UNEC-müəllimlərinin güclü potensiala malik olduqlarını deyib.
Sonda xarici dillər kafedrasının AFC-nin imtahanlarından uğurla keçən altı müəlliminə fransız dilinin tədrisinə icazə verən beynəlxalq sertifikat təqdim edilib.

UNEC-in Mətbuat Xidməti


Dövlət İqtisad Universitetində təhsildəki müasir meyillər müzakirə olunub

Oxşar xəbərlər