UNEC-in yubiley tədbirləri karantin rejiminə uyğun olaraq davam etdirilir

UNEC-in yubiley tədbirləri karantin rejiminə uyğun olaraq davam etdirilir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitetin prorektorları ilə onlayn görüş keçirib.
Görüşdə distant dərslərin evdən təşkilinin mövcud durumu, keyfiyyəti, tələbələrin davamiyyəti, “qaynar xətt”ə daxil olan müraciətlər və onların cavablandırılması, müəllimlərin dərslərdə iştirakı və digər məsələlər müzakirə olunub. Qeyd edilib ki, distant dərslərin evdən təşkili ilə bağlı bütün texniki imkanlar yaradılıb, yaranan problemlərin operativ şəkildə aradan qaldırılması məqsədilə texniki servis xidməti göstərilir. Tələbələrin dərslərdə davamiyyəti və aktivliyi yüksəlib. Distant dərslərin videoyazıları şəxsi kabinetlərə göndərilir. “Facebook” və “qaynar xətt”ə daxil olan müraciətlər fakültə katiblikləri və müvafiq qurumlar tərəfindən cavablandırılıb, müvafiq tədbirlər görülüb.
İclasda, həmçinin UNEC-in 90 illik yubileyi ilə əlaqədar tədbirlər planı çərçivəsində görülən işlərdən danışılıb. Bildirilib ki, fevral ayından başlanan yubiley tədbirləri hazırda karantin rejiminə uyğun olaraq uğurla davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər