“Gürcüstan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti fəal şəkildə izləyir”

“Gürcüstan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti fəal şəkildə izləyir” “Gürcüstan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti fəal şəkildə izləyir”. Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani deyib.
Zalkalianinin sözlərinə görə, tərəflər döyüş əməliyyatlarına başlamazdan əvvəl, yəni iyulun 14-nə qədər olan vəziyyətə qayıtmalıdırlar.
“Mən nazir həmkarlarımla sıx təmasdayam. Mən hər iki nazirlə telefon danışıqları aparmışam və yaranmış vəziyyətlə əlaqədar bizim səmimi münasibətimizi və narahatlığımızı bildirmişəm. Onlar bizim mövqeyimizi bilirlər - biz vəziyyətin daha da gərginləşməsində maraqlı deyilik, əksinə, tərəflər iyulun 14-dək, yəni hərbi əməliyyatlar başlanmazdan əvvəl mövcud vəziyyətə qayıtmalıdırlar”, - Zalkaliani bildirib.
Bununla yanaşı, Zalkaliani qeyd edib ki, münaqişə ilk dəfə olaraq Dağlıq Qarabağın arealından kənara çıxıb və Ermənistan-Azərbaycan sərhədinə keçib.
“Buna görə daha çox diqqətli və ehtiyatlı olmaq tələb olunur. Beynəlxalq birliyin bu prosesə daha fəal cəlb olunması, ilk növbədə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəallaşması və bu münaqişənin həllinin əsasını və bünövrəsini təşkil edən bütün beynəlxalq mexanizmlərin işə salınması vacibdir”, - XİN başçısı deyib.
Zalkaliani tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, beynəlxalq danışıqlar və mexanizmlərlə prosesi deeskalasiya və sülh nizamlanması məcrasına yönəltməyə çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər