Yeni səfir: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır (YENİLƏNİB)

Yeni səfir: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır (YENİLƏNİB) Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır.
Bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
Diplomat qeyd edib: "Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə Rusiyanın həmsədrlərdən biri olduğu ATƏT-in Minsk qrupunun prizmasından yanaşırıq.
Bizim məqsədimiz münaqişə tərəflərinə hərtərəfli kömək göstərməkdir ki, onlar öz aralarında razılığa gələ bilsinlər. Münaqişə tərəfləri üçün məqbul olan bizim üçün də məqbuldur".
Qeyd edək ki, münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başlayıb. Dağlıq Qarabağ və ətraf yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar və o dövrdən bəri ATƏT Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər