Leysan Yaponiyada 15 mindən çox binaya ziyan vurub

Leysan Yaponiyada 15 mindən çox binaya ziyan vurub Leysan yağışları Yaponiyadakı 47 prefekturanın 24-də ən az 15,3 min binaya ziyan vurub.
Ən böyük zərər cənub-qərbdəki Kumamoto prefekturasına dəyib, burada təxminən 8 min binaya zərər dəyib.
Leysan həmçinin ən az 54 mədəni irs obyektinə, o cümlədən YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan binalara ziyan vurub.
Son məlumata görə, leysan yağışlar nəticəsində 77 nəfər ölüb, daha 10 nəfər itkin düşüb.

Tehsil-press.az

Oxşar xəbərlər