Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyasında, onun Sankt-Peterburq və Rostov şəhərlərindəki filiallarında “Gömrük işi” ixtisası üzrə təhsil almaq istəyənlərlə onlayn test imtahanı və müsahibə keçirilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyası arasında əməkdaşlıq haqqında sazişə uyğun olaraq Moskva vilayəti Lüberts şəhərində yerləşən Rusiya Gömrük Akademiyası və onun Rostov filialının hər birində 1 nəfər, Sankt-Peterburq filialında isə 2 nəfər olmaqla, “Gömrük işi” ixtisası üzrə əyani təhsil alması üçün ümumilikdə 4 nəfər Azərbaycan Respublikası vətəndaşı üçün yer ayrılıb və bununla bağlı tələbə qəbulu elan edilib.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün sənəd qəbulu onlayn qaydada iyulun 9-dan15-dək aparılıb.
Qeyd olunan müddət ərzində sənədlərini təqdim edən abituriyentlərlə Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 16-da ümumi intellekt səviyyəsinin yoxlanılması üçün onlayn test və onlayn müsahibə keçirilib.
Onlayn test və müsahibədən uğurla keçən 4 nəfərin namizədliyi ödənişsiz təhsil forması üzrə oxumaq üçün Akademiyaya təqdim olunub.
Növbəti mərhələdə Rusiya Gömrük Akademiyası tərəfindən abituriyentlər üçün ictimai fənlər, həmçinin rus dili və xarici dil fənləri üzrə distant formada imtahan keçiriləcək.
Müsabiqədən uğurla keçmiş abituriyentlər onları maraqlandıran əlavə məlumatları (+994 12) 404 22 00 (daxili 3302) telefonu və ya +994 50 216 17 99 mobil telefonu vasitəsilə, eləcə də DİM-in saytında yerləşdirilmiş müvafiq keçidlərdən əldə edə bilərlər.
Tehsil-press.az