Gömrük Akademiyasının tələbələrinin buraxılış işlərinin onlayn müdafiəsi təşkil edilib

Gömrük Akademiyasının tələbələrinin buraxılış işlərinin onlayn müdafiəsi təşkil edilib Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsi üzrə "Hüquqşünaslıq" və "İqtisadiyyat" ixtisaslarının 4-cü kurs tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işlərinin onlayn müdafiəsi təşkil olunub.
DGK sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin imzaladığı müvafiq əmrlə buraxılış işlərinin müdafiəsinin təşkili üçün Dövlət Attestasiya Komissiyası (DAK) yaradılıb. Onlayn müdafiədə Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, "Hüquqşünaslıq" ixtisası üzrə DAK-ın sədri Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, "İqtisadiyyat" ixtisası üzrə DAK-ın sədri Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, komitənin müvafiq strukturlarının rəhbərləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, həmçinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universitetinin professor-müəllim heyəti iştirak ediblər.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıldığını, ölkənin birinci xanımı Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində təhsilin sürətlə inkişaf etdiyini diqqətə çatdırıblar. Bildirilib ki, hərtərəfli dövlət qayğısı nəticəsində bütün təhsil ocaqlarında müasir standartlara uyğun şərait yaradılıb və bu il 3-cü buraxılışını yola salan Dövlət Gömrük Komitəsinin Akademiyası da ölkədə həyata keçirilən uğurlu təhsil siyasəti nəticəsində regionun tanınmış təhsil ocaqlarından birinə çevrilib.
Sonra tələbələr seçdikləri mövzuya uyğun buraxılış işlərini təqdim edib, imtahan komissiyası üzvlərinin suallarını ətraflı cavablandırıblar.
Qeyd edək ki, bu tədris ilində Gömrük Akademiyasının "Hüquqşünaslıq" ixtisası üzrə 21, "İqtisadiyyat" ixtisası üzrə 19 tələbəsi təhsilini başa vurur.

Tehsil-press.az


Oxşar xəbərlər