Misir Prezidenti Əbdülfəttah əs-Sisinin təqdimatı əsasında bu ölkənin parlamenti 2017-ci ildə elan edilmiş fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılması, habelə Liviyaya ordu göndərmək üçün dövlət başçısına səlahiyyət verilməsi barədə qərarlar qəbul edilib.
Parlamentin qərarına əsasən, Misir Silahlı Qüvvələrinə və Daxili İşlər Nazirliyinə terrorçularla mübarizə və ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində xüsusi səlahiyyətlər verilir. Bu ölkədə fövqəladə vəziyyət 2017-ci ilin aprelində - terrorçuların iki kilsəyə hücumu nəticəsində onlarla insanın ölməsindən sonra tətbiq edilib. Misir Konstitusiyasına əsasən, bu rejim hər üç aydan bir uzadılır.
Bundan başqa, Misir mətbuatının yaydığı xəbərdə bildirilib ki, parlamentin iyulun 20-də keçirilən qapalı iclasında ölkə konstitusiyasının 152-ci maddəsinə əsasən, Prezidentə Liviyaya qoşun kontingenti göndərmək səlahiyyəti verilib.
Tehsil-press.az