Fransada fövqəladə vəziyyət iyulun 15-dək uzadıldı

Fransada fövqəladə vəziyyət iyulun 15-dək uzadıldı Fransa Senatı ölkədə fövqəladə vəziyyət rejiminin 15 iyul 2017-ci il tarixinədək uzadılması barədə qərarı təsdiq edib.

Tehsil-press.az xəbər verir ki, beləliklə, bu qərarı ölkə parlamenti tərəfindən qəbul edilmiş hesab etmək olar. Çünki bundan əvvəl Milli Assambleyanın deputatları fövqəladə vəziyyətin uzadılmasının lehinə səs veriblər. Bu qərar güc strukturlarına ölkə vətəndaşlarının təhlükəsizliyini gücləndirilmiş iş rejimində təmin etmək imkanı verəcək.

Tehsil-press.az

Oxşar xəbərlər