Azərbaycan tarixboyu ağır sınaqlardan keçib, müstəqilliyimizin əbədiliyi, üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması üçün çətinliklərə sinə gərib. Ermənistanın Azərbaycan dövlət sərhədində növbəti təxribatı və ordumuzun düşmənə adekvat cavabı da bu sırada olan son hadisələrdəndir.
Bu fikri AMEA-nın Zoologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin məsul şəxsi Elyanə Tahirova deyib. O bildirib ki, Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər Azərbaycan ordusunun həm canlı qüvvəsinin, həm də hərbi texnikasının gücünü bir daha sübut etdi: “Bədxah düşmənimizin artilleriya atəşi qüdrətli ordumuz tərəfindən layiqincə cavablandırıldı. Azərbaycan dövlətinin sürətli inkişafını gözü götürməyən namərd düşmənlərimiz fitnə-fəsada, hiyləyə əl atsalar da, onların bu cəhdləri hər zamankı kimi puça çıxdı. Çünki artıq ordumuz güclü, əzmli və lazımi texnika ilə tam təminatlıdır. Baş verən döyüşlərdə Azərbaycan ordusu 12 igid oğlunu şəhid verdi. Lakin şəhidlərimizin qanı yerdə qalmadı, düşmənə ağır zərbələr endirildi, qisas layiqincə alındı. Şəhid olanlar arasında general-mayor və polkovnik olması bir daha sübut etdi ki, orduda yüksək rütbəli hərbçilərimiz əsgərlərlə çiyin-çiyinə döyüşür. Onlar torpaqlarımızın bir qarışını belə mənfur düşmənə vermədi və verməyəcək!”.
Arxa cəbhədə Azərbaycan gənclərinin orduya dəstək üçün nümayiş etdirdikləri birlik yürüşü isə bir daha göstərdi ki, ölkəmizdə milli mənəviyyat, vətənpərvərlik hissi yüksəkdir. Azərbaycan xalqı hər an öz ərazi bütövlüyünü qorumaq, işğal altında olan torpaqlarını geri qaytarmaq gücünə qadirdir.
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü beynəlxalq səviyyədə də dəstəklənir və azğın düşmənin törətdiyi təxribatlar qəti şəkildə pislənilir.
“Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, dövlət və ordu quruculuğu istiqamətində atdığı qətiyyətli addımlar xalqı onun ətrafında bir yumruq kimi birləşdirib. Dövlətimiz güclü, rəşadətli orduya malikdir. Prezident-xalq birliyini əks etdirən bu möhkəm bağlılıq hamımız üçün qürurvericidir. Vətən qarşısında öz borcunu dərk edən Azərbaycan övladları şərəflə ordu sıralarına qoşulmağı səbirsizliklə gözləyir. Biz Prezidentimizin hər bir qərarını dəstəkləyir və onun icrasına daim hazırıq. Azərbaycan xalqının birliyini, dövlətimizin gücünü heç bir qüvvə sarsıda bilməyəcək! Biz birlikdə güclüyük!”, - deyə Elyanə Tahirova qeyd edib.
Tehsil-press.az