Azərbaycan nəinki regionda, eləcə də dünyada kifayət qədər seçilən iqtisadiyyata və orduya sahibdir. Orduya xalqın inamı və dəstəyi, xalqla hakimiyyətin birliyi isə bu gücü, ümummilli qüdrəti qat-qat artırır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni və güclü inkişaf strategiyası Prezident İlham Əliyevin əzmkarlığı, qətiyyəti, yüksək siyasi və liderlik keyfiyyətləri sayəsində uğurla davam etdirilir. Silahlı Qüvvələrimizin sürətli inkişafı və dünyanın ən güclü orduları sırasında yer alması məhz bu uğurların daha bir bariz nümunəsidir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblərə uyğun inkişafına yol açan, keyfiyyət baxımından ordumuza yeni sima bəxş edən əsaslı tədbirlər həyata keçirilir. Ali Baş Komandanımız tərəfindən həyata keçirilən islahatlar ordumuzun döyüş qabiliyyətinin artırılmasına, nizam-intizamın gücləndirilməsinə və şəxsi heyətin yüksək səviyyədə təşkil olunmasına, sosial təminatın və silah-sursat bazasının ən yüksək standartlar səviyyəsinə qaldırılmasına istiqamətlənib. Azərbaycan Ordusunun bütün uğurları yalnız bu islahatlar nəticəsində mümkün olub.
Bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev söyləyib. O deyib: “Bu gün xalqımız Prezidentimizin diqqət və qayğısını gündəlik həyatında hiss edir və onun etimadını doğrultmaq üçün hər bir əmrini yerinə yetirməyə hazırdır və qadirdir. 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi düşməndə böyük ruh düşkünlüyü yaradır. Xalqımızla ordumuz əsl birlik, vəhdət nümayiş etdirir. Bütün dünya inamımızın, ümidimizin, mübarizliyimizin sarsılmazlığının şahidi olur. Hər kəsin ürəyindəki inam, qisas hissi, birlik duyğusu daha da canlanır. Bütün bunlar isə işğal altındakı torpaqlarımızı tezliklə mənfur düşməndən azad edəcəyimizə qəti inam yaradır. Bununla yanaşı, aksiya çərçivəsində yaradılmış şəraitdən təəssüf ki, sui-istifadə halları müşahidə edildi, prosesə qondarma siyasi axar verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı. Son günlər sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək dağıdıcılıq etməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası şəhidlərin ruhuna hörmətsizlikdir. Onlar da polisin təmkini və qətiyyəti qarşısında aciz qaldılar, Azərbaycanda bütün dövlət qurumlarının peşəkar yanaşması sayəsində ifşa edildilər.
1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib. Bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri cəmiyyətin bütün təbəqələri tərəfindən ciddi qınanılır, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz bu kimi pozucu fəaliyyətə lazımi qiyməti verirlər.
Azərbaycan ərazisinin 20 faizi hələ də düşmən tapdağı altındadır. Hazırda ölkəmiz müharibə şəraitindədir. XXI əsrdə müharibələr təkcə səngərdə yox, həm də informasiya cəbhəsində aparılır. Bu müharibədə gənclərimiz daha çox fəal olmalıdırlar. Gənclərimiz hərtərəfli biliyə sahib olmalıdırlar ki, Azərbaycanın qədim, zəngin tarixini, adət-ənənələrini və ölkəmizlə bağlı digər həqiqətləri dünyaya çatdıra bilsinlər. Müasir dövrün çağırışları gənclərin inkişaf etmiş, hərtərəfli biliyə malik şəxsiyyət kimi yetişməsini tələb edir. Düşünürəm ki, günbəgün inkişaf edən təhsilimizin yetişdirdiyi müasir Azərbaycan gəncliyində bu potensial var”.
BŞTİ-nin müdiri qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan gəncliyi nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycanda hərtərəfli inkişaf etmiş sağlam, mübariz və yüksək intellektli gənclik formalaşdığını qürurla söyləyə bilərik.
Tovuz bölgəsində düşmənin təxribatlara yol açmasına paralel olaraq, informasiya cəbhəsində də maraqlı və ciddi proseslərə start verilib. 2016-cı ilin aprelindən fərqli olaraq, bu dəfə ermənilər daha fərqli şəkildə informasiya məkanımıza müdaxilə etməyə çalışırlar. Bu baxımdan gənclərimiz sosial şəbəkələrdə daha fəal və ehtiyatlı olmalıdılar. Sosial şəbəkələrdən səmərəli istifadə müasir dövrdə vacib amillərdən biridir. Azərbaycan üçün lazım olan məqamlarda vacib mesajların yayılmasına nail olmaqda gənclərin rolu danılmazdır.
Qeyd etdiyim kimi, yüksək dünyagörüşünə və bacarıqlara malik gənclərin hazırlanmasında təhsil müəssisələri üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməkdədir. Paytaxtın ümumi təhsil müəssisələrində uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşünə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində məqsədyönlü işlər görülür. Təkcə gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisində deyil, eləcə də digər fənlərin tədrisi zamanı vətənpərvərlik ruhunun formalaşdırılması məqsədilə şagirdlərlə müvafiq söhbətlər aparılır.
Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.
Əsgərlərimiz böyük ruh yüksəkliyi ilə döyüşlərə atılır. Düşmənin əsgər və zabitləri isə öz postlarını qoyub geri qaçırlar. Qələbə anına qədər döyüşmək əzmi ilə vuruşan əsgərlərimizin qəhrəmanlığı erməniləri vahiməyə salır. Əminəm ki, erməni işğalçıları üzərində tezliklə qəti qələbə çalacağıq. Şübhə yoxdur ki, ordumuz yalnız öz qüdrətinə arxalanır.
“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, şanlı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinə heç vaxt unutmayacağı dərs verdi. Düşmənin növbəti təxribatları ordumuzun sürətli əks-həmlə əməliyyatları ilə alt-üst edildi. Ermənistan ordusunun əsgər və zabitləri rəşadətli Azərbaycan Ordusunun qətiyyətli əks-hücumu qarşısında duruş gətirə bilmədi. Ümumiyyətlə Azərbaycan iqtisadi və hərbi qüdrətinə görə regionun şəksiz lideri kimi beynəlxalq aləmdə də Ermənistanı ifşa etdi, təcavüzkarı bütün cəbhələrdə yerində oturda bildi.
Döyüşlər düşmənlərimizlə yanaşı, bütün dünyaya sübut etdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlətimizin başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuz var. Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etmək gücündədir. Yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı və vətənpərvərliyi ilə seçilən Azərbaycan Ordusu tezliklə döyüş meydanında qəti və son sözünü deyəcək. Ümidvaram, irəliyə doğru gedən zəfər yürüşümüzün qarşısında erməni millətçiləri bu dəfə də duruş gətirə bilməyəcək. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik.
Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. Azərbaycan Ordusu yüksək səviyyəli texnikaya, döyüş qabiliyyətinə, hərbi hazırlığa malikdir və torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. 2016-cı ilin Aprel döyüşləri, bu günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir. İnanıram ki, dünya birliyi Ermənistanın on illərdir davam edən işğalçılıq siyasətinə, Azərbaycana qarşı qəbulolunmaz hücum cəhdlərinə qarşı çıxacaq, reallığı nəzərə alaraq, işğalçı dövlətə yerini göstərəcək. Əks halda, məkrli erməni siyasəti Ermənistan üçün acı nəticələrə səbəb olacaq, regionun inkişafını və beynəlxalq əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq. Bundan sonra baş verə biləcək hadisələrə görə işğalçı Ermənistan rəhbərliyi məsuliyyət daşıdığını anlamalı, öz ölkəsini və xalqını daha böyük fəlakətlərdən xilas üçün çalışmalıdır”, - deyə Rəşad Tağıyev bildirib.
Tehsil-press.az