Koronavirus əleyhinə vaksinin hazır olacağı vaxt açıqlandı

Koronavirus əleyhinə vaksinin hazır olacağı vaxt açıqlandı İnsanlar koronavirusa qarşı vaksini 2021-ci ilin birinci yarısından tez olmayaraq almağa başlayacaqlar. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan deyib.
Rayanın sözlərinə görə, inkişafdakı irəliləyişə baxmayaraq, preparatın alınması müddəti ilə bağlı realist olmaq lazımdır. O, həmçinin qeyd edib ki, ÜST vaksinin hamı üçün əlçatan olmasının təminatı üzərində işləyir.
“Bu virus əleyhinə vaksinlər zənginlər, yoxsullar üçün deyil, hər kəs üçündür”, - Rayan deyib.
ÜST-ün son məlumatlarına görə, xəstəliyin yayıldığı dövrdə dünyada 14,5 milyondan çox yoluxma halı aşkar edilib, 607 mindən çox insan dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər