Avropa liderləri COVİD-19-a qarşı birgə mübarizəni gücləndirir

Avropa liderləri COVİD-19-a qarşı birgə mübarizəni gücləndirir Avropa liderləri koronavirusa qarşı birgə mübarizənin gücləndirilməsi məqsədilə beynəlxalq tibbi təşkilat yaradır.
Onlar Britaniyanın İndependent qəzetində yazdıqları məqalədə "dünyanın ən tanınmış alimlərindən biri olan və üç əsr boyu milyonlarla insanın həyatını xilas edən vaksinlər və mühüm inkişafları ruhlandıran Lui Pasterin yolu ilə getdiklərini" bildiriblər.
"Bizim məqsədimiz bazar ertəsi onlayn kampaniya zamanı COViD-19-a qarşı vaksin və müalicə məqsədilə 8 milyard maliyyə toplamaqdan ibarətdir" - deyə, Avropa liderləri İndependent qəzetində yazdıqları məqalədə bildiriblər.
Məqalənin müəllifləri İtaliyanın baş naziri Cuzeppe Konti, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, Avropa Şurasının prezidenti Çarls Mişel, Norveçin baş naziri Erna Solberq və Avropa Komissiyasının rəhbri Ursula von der Leyendir.
"Biz öz öhdəliklərimizi masa üzərinə qoyacağıq və dünyanın hər yerində tərəfdaşlarımızın qoşulmasından məmnunluq duyuruq. Biz Ümumdünya Səhiyyə Təşkilatını dəstəkləyirik və səylərimizi Billl və Melinda Geyts Fondu və Welcome Trust kimi təcrübəli təşkilatlarla birləşdirdiyimizə sevinirik", məqalədə deyilir.
ABŞ prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatının dünyaya ölümcül virus haqda xəbərdarlıq etmək üçün tez hərəkət etmədiyini bildirərək, təşkilata maliyyəni dayandırıb.
Avropa liderləri bildiriblər ki, toplanılan maliyyə vəsaiti pandemiyanın aradan qaldırılması üçün qlobal səhiyyə təşkilatları vasitəsilə diaqnostika, müalicə və vaksinin hazırlanması və tez zamanda paylanmasına yönəldiləcək.
"Əgər biz dünya tərəfindən bütün dünya üçün vaksin hazırlasaq, bu, 21-ci əsrdə unikal qlobal ictimai xeyir olacaq. Biz tərəfdaşlarımızla birlikdə bunun hamı üçün əlçatan, əldə edilə bilən və əlverişli olması haqda öhdəlik götürürük", onlar bildirib.
Dünya üzrə COVID-19-a 3.4 milyondan çox yoluxma halı və xəstəlik nəticəsində təxminən 244 000 ölüm halı qeyd edilib.

Tehsil-press.az

Oxşar xəbərlər