İlk dəfə Günəşə bənzər ulduzun ətrafında multi planet sistemi aşkar edilib

İlk dəfə Günəşə bənzər ulduzun ətrafında multi planet sistemi aşkar edilib Avropa Cənub Rəsədxanası (ESO - European Southern Observatory) ilk dəfə Günəşə bənzər ulduzun ətrafında multi planet sistemi aşkar edib. Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının feysbuk hesabında məlumat verilib.
Avropa Cənub Rəsədxanasında VLT (Very Large Telescope) vasitəsilə ilk dəfə Günəş tipli cavan ulduzun ətrafında iki ekzoplanetdən ibarət sistemin şəklini almaq mümkün olub.
Qeyd edilib ki, TYC 8998-760-1 obyekti bizdən 300 işıq ili uzaqda yerləşir. Qaz nəhəngləri isə ulduzdan 160 və 320 a.v məsafədə onun ətrafında orbit üzrə hərəkət edirlər. Daxili planet Yupiterdən 14 dəfə, xarici planet isə 6 dəfə massivdir. Milçək bürcündə yerləşən bu obyektin cəmi 17 milyon yaşı var və Günəşin daha gənc versiyasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər