Astronomlar Günəş ətrafında elmə məlum olan asteroidlərin içərisində ən kiçik periodlu kosmik daş müşahidə ediblər.
Los-Ancelesdən (ABŞ) 145 km cənub-şərqdə yerləşən Palomar rəsədxanasının “Zwicty transient facility” kamerası hər gecə səmanı sürətlə skan edir. Kamera hərəkət edən və sayrışan obyektləri müşahidə etməklə yanaşı, kosmik daş kimi obyektlərin axtarışını da həyata keçirir.
Hazırda 2019 LF6 adını almış asteroid Günəş ətrafında 151 sutka periodla fırlanır: bu asteroiddə 1 il Yer ilinin yarısına bərabərdir. Asteroidin orbiti Yer orbitinin radiusundan kiçik olmaqla, Günəş ətrafında fırlanan, Yerətrafı obyektlər sinfində Atir ailəsinə aiddir. Bu kosmik daşın orbiti müəyyən vaxtlarda Veneranın orbitindən kənarda, bəzən də Günəşə Merkuridən daha yaxın olur.
“LF6 həm ölçüləri, həm də orbiti baxımdan qeyri-adidir – onun unikal orbiti belə böyük asteroidin Yerətrafı orbitlərdə onillərlə axtarışlarda kəşfdən necə yayınmasını izah edir”, - deyə asteroidi kəşf edən Kaliforniya Texnoloji İnstitutunun tədqiqatçısı Kbançji Ye (Quanzhi Ye) bildirib. O qeyd edib ki, belə asteroidlər sübh və ya axşam çağından 20-30 dəqiqə əvvəl daha yaxşı müşahidə olunur. Kbançji Ye indiyədək Atir sinfinə aid iki asteroid aşkar edib.
Tehsil-press.az