Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə Təhsil naziri vəzifəsinə təyin olunmuş Emin Əmrullayevi nazirliyin kollektivinə təqdim edib.
Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb.
Nazir Emin Əmrullayev dövlətimizin başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. O, Azərbaycan Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirilməsi, bu istiqamətdə daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə olunması üçün əlindən gələni edəcəyini bildirib.
Tehsil-press.az