Son günlər Fransada koronavirus gənclər arasında daha çox yayılıb

Son günlər Fransada koronavirus gənclər arasında daha çox yayılıb Fransada hələ koronavirusun ikinci dalğası yoxdur, ancaq qaydalara ciddi riayət olunmazsa, virus yenidən baş qaldıra bilər.
Bu fikirləri Fransa Səhiyyə naziri Olivye Veran söyləyib.
Epidemiyanın hələ də davam etdiyini deyən nazir ölkədə son günlər xəstələrin sayının artdığını qeyd edib. O, son sutka ərzində xəstəxanalarda koronavirusdan ölənlərin sayının 14-ə çatdığını bildirib.
“Kollektiv davranışımıza və dövlətin qətiyyətli fəaliyyəti sayəsində ikinci dalğadan yan keçə bilərik. Düşünürük epidemiya bitdi, ancaq virus yenidən özünü göstərir”, - deyə O.Veran deyib.
Qeyd edib ki, yenidən karantin tətbiq etməmək üçün insanlar qaydalara ciddi əməl etməlidirlər.
Xatırladaq ki, son günlər yerli mətbuatda COVID-19 epidemiyasının ikinci dalğasının yaxınlaşdığı barədə fikirlər səsləndirilir. Son günlər ölkədə COVID-19 virusuna daha çox gənclər arasında rast gəlindiyi və yoluxmanın şiddət səviyyəsinin hələ bəlli olmadığı göstərilir.

Tehsil-press.az

Oxşar xəbərlər