Fransada koronavirus qurbanlarının sayı artdı

Fransada koronavirus qurbanlarının sayı artdı Fransada koronavirusdan ölənlərin sayı 25 809-a yüksəlib, son sutka ərzində 278 nəfər vəfat edib. Bu barədə ölkənin Baş Səhiyyə Direksiyası (DGS) məlumat verib.
Xəstəxanalarda 16 237, qocalar evində 9 572 nəfər dünyasını dəyişib.
23 983 pasiyent Fransa xəstəxanalarında qalmaqdadır. Son sutka ərzində 833 yeni xəstə tibb müəssisələrinə yerləşdirilib. 3 147 nəfər reanimasiyadadır.
İndiyədək ölkədə 94,8 min insan xəstəxanalıq olub. Onlardan 54 minə yaxını sağalıb və xəstəxanalardan evə buraxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər