Yaponiya sərhədlərini əcnəbilərə bağlayır

Yaponiya sərhədlərini əcnəbilərə bağlayır Yaponiya koronavirus pandemiyası səbəbindən Avropanın əksər ölkələri, ABŞ, Çin və Cənubi Koreyadan gələn əcnəbilər üçün sərhədləri bağlayacaq.
Qadağanın Cənub-Şərqi Asiya və Afrikanın bəzi dövlətlərinə də təsir göstərə biləcəyi qeyd olunur.
Məhdudiyyətlərin müddəti açıqlanmır.
Qeyd edək ki, martın 24-də Tokioda keçiriləcək “Olimpiya Oyunları-2020”nin koronavirusun yayılması səbəbiylə bir il təxirə salındığı məlum olub. Oyunların başlamasını təxirə salmaq fikri Yaponiya hökumətinə məxsusdur. Bu qərarın 2,7 milyard dollar itkiyə səbəb olduğu bildirilir.

Tehsil-press.az




Oxşar xəbərlər